7 C
Bakı
28 Dekabr 2025 09:32
CəmiyyətİdmanMüsahibə

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İran çempionu “Traktor”la yoldaşlıq görüşü keçirmə variantına münasibət bildirib.

Qurban Qurbanov belə bir qarşılaşmanın baş tutmasının özü üçün də xoş olacağını açıqlayıb.

 

Onun fikrincə, bu, qarşıdakı planlarda olan məsələdir.

Lakin Qurbanov görüşün gerçəkləşməsinə maneələrin ola biləcəyini də istisna etməyib: “Əvvəla, “Traktor”u və onun azarkeşlərini ilk çempionluq münasibətilə təbrik edirəm. Böyük uğur əldə ediblər. Yoldaşlıq görüşü barədə hər hansı fikir səsləndirə bilməyəcəyəm. Belə bir oyunun təşkilinə çox məmnun olardım. Çempionatlarımızın fərqli formatda keçməsi onlarla yoldaşlıq oyunu keçirməyimizə maneə ola bilər. Amma istənilən halda, nə vaxtsa belə bir matçın təşkilini hər iki klub rəhbərliyi yəqin ki, müzakirə edəcək. Biz də sevə-sevə oyunu keçirməyə hazırıq”.

 

Qeyd edək ki, Təbrizin “Traktor” klubu İran Pro Liqasının sonuna 2 tur qalmış tarixində ilk dəfə çempionluğu təmin edib. (Teleqraf)

 

Tacxber.com

Oxşar xəbərlər

Çeklərdə olan şok təhlükə: bunu etməyin – VİDEO

redaktor

Sərhədçilərimizin bu hərəkəti erməni qadını kövrəltdi – VİDEO

redaktor

Afaq Bəşirqızı: “Mənim parlamentdə olmağım çox adama sərf etməz”

redaktor