17 C
Bakı
25 İyun 2025 08:08
Siyasət

Fazil Mustafa: “Netanyahunun Azərbaycana səfərinin təxirə salınması sırf texniki məsələdir”

Milli Məclisin deputatı Fazil Mustafa İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycan səfərinin təxirə salınmasında Tehran-Bakı yaxınlaşmasının, Türkiyənin səbəb kimi göstərilməsinə aydınlıq gətirib.

F.Mustafa Pravda.az-a açıqlamasında deyib ki, bu kimi məsələlərdə gözlənilən spekulyasiyalar var idi və istənilən vaxt bunu hamı öz marağından yoza bilər.

“Netanyahunun səfərinin təxirə salınması sırf texniki məsələdir. İsrail tərəfi bu barədə açıqlama verib. Hansısa bir ölkənin prezidentinin səfərinin təxirə salınması asan iş deyil. Münasibətlərdə problem olanda belə hal baş verə bilər. İsraillə bizim münasibətlərimizdə isə heç bir problem yoxdur, yüksək səviyyədədir. Netanyahunun səfərinin təxirə salınması daxildə olan müəyyən proseslərlə bağlıdır. İsrail hazırda gərgin vəziyyətdədir. Səfərbərlik elan olunub. Əlavə 10 minə yaxın insanın yenidən orduya çağırılması kimi məsələlər, görünür, Baş nazirin ölkədən çıxmasını müəyyən dərəcədə əngəlləyib. Netanyahunun ölkədən çıxması, buradan prosesləri tənzimləməsi məsləhət olunmayıb”, – deputat bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

İran hələ nə qədər təmkin göstərəcək?

admin

Mən Əliyev kimi lider istəyirəm – Erməni jurnalist

redaktor

Toivo Klaar Azərbaycanla bağlı paylaşım etdi: “Həmin videolarda…”

redaktor