25 C
Bakı
11 Avqust 2025 09:16
Dünya

100 gün ərzində ağla belə gəlməyən işlər görmüşəm – Tramp

ABŞ prezidenti Donald Tramp Alabama Universitetində keçirilən buraxılış mərasimində çıxış edib.

 

Tacxeber.com xəbər verir ki, Tramp seçkilərdə qalib gəlməyinin ölkə üçün çox vacib olduğunu söyləyib.

 

O vurğulayıb ki, prezidentliyinin ilk 100 günündə ağıla belə gəlməyən işlər görüb.

 

Xüsusilə sərhəd təhlükəsizliyi ilə bağlı radikal addımlar atdıqlarını bildirən Tramp qeyri-qanuni immiqrant keçidlərini 99 faiz azaltdıqlarını qeyd edib:

 

“Xalq uğursuz sistemi rədd etdi, siz bunu seçkidə gördünüz. Biz sonsuz müharibələr, sonsuz borclar, açıq sərhədlər, dağıdıcı inflyasiya, ölkəmizə və onun liderlərinə hörmətsizlik məsələlərinin həllində mühüm addımlar atdıq. Amerikanı tezliklə yenidən möhtəşəm edəcəyik”.

 

Rəhbərlikdə etdikləri dəyişikliklərdən danışan ABŞ prezidenti çıxışını məzun olan tələbələrə uğurlar arzulayaraq yekunlaşdırıb.

Tacxeber.com

Oxşar xəbərlər

Ruslar aya tramvaymı göndərsə ?

admin

Pakistanda Çin şirkətinin avtomobil karvanı partladıldı

redaktor

Böyrəklərinizi məhv edən vərdişlər – Dializə səbəbdirlər

admin