Dünya

Zelenski Arestoviçə sanksiya tətbiq etdi

Ukrayna prezidenti Vladimir Zelenski Prezident Ofisi başçısının keçmiş müşaviri Aleksey Arestoviçə qarşı sanksiyaların tətbiqi haqqında fərman imzalayıb. Həmçinin Ukraynanın tanınmış politoloqları, jurnalistləri və bloqçuları da sanksiyalara məruz qalıb.

 

Tacxeber.com xəbər verir ki, müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub.

 

Sənəddə bildirilir ki, Arestoviç, xüsusən də Ukraynanın dövlət mükafatlarından məhrum ediləcək, aktivləri bloklanacaq, ticarət əməliyyatları aparmasına qadağa qoyulacaq.

 

Xatırladaq ki, Arestoviç 2023-cü ilin yanvarında Ukraynanın hava hücumundan müdafiə sistemlərinin işi nəticəsində Dneprdə çoxmərtəbəli binanın uçması barədə bəyanatından sonra Ukrayna prezident aparatının müşaviri vəzifəsindən istefa verib.

Tacxeber.com

Oxşar xəbərlər

Kanadada içində 550 sərnişin olan təyyarəni ildırım vurdu – Video

redaktor

Zalujnının kabinetində dinləmə cihazı tapıldı

admin

“Ukrayna savaşının baş “quzğunu” – “Wall Street Journal”

admin