20 C
Bakı
20 Oktyabr 2026 10:30
Dünya

Ərdoğanı təhqir edən isveçli jurnalistə bu cəza verildi – FOTO

Türkiyədə isveçli jurnalist Joakim Medin “prezidenti təhqir etmək” ittihamı ilə 11 ay 20 gün həbs cəzasına məhkum edilib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.

 

Bildirilib ki, Medin martın 27-də “prezidenti təhqir etmək” ittihamı ilə İstanbul Hava Limanında saxlanılıb, martın 28-də isə həbs olunaraq Mərmərə Həbsxanasına aparılıb.

 

Medin məsələ ilə bağlı müdafiə çıxışında iddiaları təkzib edib: “Prezidenti təhqir etməmişəm. Sadəcə yazı yazmışam. Fotoların seçimini redaktorlar edib. Bu səbəbdən bəraət hökmü çıxarılmasını istəyirəm”.

Hakim Medinə 11 ay 20 gün həbs cəzası verib.

Oxşar xəbərlər

Respublikaçılar Trampa qarşı…

admin

Tehranın İslamabada sərhəd mesajı

redaktor

Sanksiya, yoxsa siyasi tamaşa?

redaktor