16 C
Bakı
27 Sentyabr 2025 02:25
Dünya

Böyük Razılaşma: Rusiya ya təslim olacaq, ya da… – Markov

Böyük Razılaşma və atəşkəs. ABŞ və Ukrayna arasındakı Böyük Razılaşma sülh danışıqları ətrafındakı siyasi vəziyyəti dəyişdirir.

 

Tacxeber.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov deyib.

 

Politoloq razılaşmanı bir neçə aspektdən şərh edib:

 

“1. Trampın Zelenskiyə qarşı pis münasibətinin səbəblərindən biri aradan qalxır. Zelenski ABŞ-la Böyük Razılaşmanı imzalamağı rədd etmişdi. İndi Zelenski imzaladı;

 

2. Tramp Rusiyanın Zelenskinin istənilən sülh müqaviləsinə imza atmasının qeyri-legitimliyi ilə bağlı bəyanatlarını kəskin tənqid edir. Bu, Böyük Razılaşmanın da qeyri-legitim olduğu anlamına gəlmir?

 

3. ABŞ özünü Ukraynanın “həmsahibi” kimi görməyə başlayır. Buna görə də onlar özlərini Ukraynaya müsbət yanaşan mövqedən göstərəcəklər;

 

4. ABŞ Ukraynada sülhə daha çox maraqlı olacaq. Çünki Fond yalnız sülh şəraitində real gəlir əldə etməyə başlaya bilər;

 

5. Tramp Ukrayna müharibəsinə yeni xərclərin əsaslandırılması mexanizmini yaradıb. İndi bu, pulun sadəcə zibilə atılması deyil, Ukraynanın borcu və ABŞ-ın gələcək mənfəətlərə yatırımıdır;

 

6. Yəni ABŞ və Ukrayna arasındakı Böyük Razılaşmanın imzalanması Rusiyanın sülh danışıqları vasitəsilə məqsədlərinə çatmağını çətinləşdirəcək;

 

7. Rusiyanın qarşısında daha sərt seçim olacaq: ya mövqelərini təslim edəcək, ya da müharibəni davam etdirəcək;

 

8. Bu, Rusiyada da uzunmüddətli sülh və “xüsusi hərbi əməliyyatın” davamı kimi şərti partiyalarası mübarizənin güclənməsi deməkdir”.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski erməni biznesmenə sanksiya tətbiq etdi

redaktor

ABŞ hakimi Epstein işinin sirrini açmaqdan imtina edir

redaktor

Kremlə XƏBƏRDARLIQ: “Rusiya bu il 100 min əsgər itirəcək”

redaktor