21 C
Bakı
22 İyun 2025 00:40
Cəmiyyət

Xəbərdarlıq: 40 dəqiqədən çox bir yerdə oturmayın

Bel ağrısı cəmiyyətdə ən çox yayılmış ağrı növlərindən biridir. Xüsusilə ofis işçiləri, uzun müddət oturan və ya ayaq üstə duranlar, gün ərzində çox hərəkət etməyən insanlar bu problemlə üzləşirlər.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Türkiyənin onurğa cərrahiyyəsi mütəxəssisi Mehmet Aydoğan xəbərdarlıq edib.

 

Onun sözlərinə görə, bel ağrısı problemində artım xüsusən pandemiya dövründən sonra müşahidə olunub:

 

“Bel ağrıları xüsusilə pandemiyadan sonra dəyişən, daha oturaq həyat tərzi səbəbiylə artıb. Bu, əslində ciddi vəziyyətdir. Bədənin bir hissəsi ağrayırsa, bu, digər xətəliklərdən də xəbər verir. Bu o deməkdir ki, orada işlər yaxşı getmir. Xüsusilə bel ağrıları ayaqlara yayılırsa, gecə ağrıları varsa, ayaqlarda qızdırma yaranırsa, diqqətli olmaq lazımdır. Həkimlə məsləhətləşmək lazımdır.

 

Əgər işiniz ofis işidirsə, mütləq erqonomik kresloda oturmalısınız. Həmçinin 40 dəqiqədən çox olmamaqla dik şəkildə əyləşmək lazımdır. Əzələlərimizi gücləndirmək üçün hamımız mümkün qədər çox gəzməli və məşqlər etməliyik. Çünki bel ağrılarının ən çox yayılmış səbəbi əzələlərdən düzgün istifadə edilməməsidir”.

Tacxeber.com

Oxşar xəbərlər

Əli Həsənovun villası gözətçiyə qalıb

admin

DSMF-nin yeni sədri Sahil Babayev və Anar Kərimovla qrup yoldaşı olub – DOSYE

redaktor

Bu qadınlar daha tez qocalır! – Kisələnməyin fayda və zərərləri

redaktor