4 C
Bakı
27 Dekabr 2025 00:13
Hadisə

Ukraynada Azərbaycan diasporunun üzvü oğurlanıb

Ukraynanın Odessa şəhərində azərbaycanlı iş adamı, diaspor nümayəndəsi oğurlanıb.

 

Tacxeber.com“Report”a istinadən xəbər verir ki,1972-ci il təvəllüdlü Vüqar Fərhad oğlu Osmanov aprelin 16-dan itkin düşüb.

 

Yerli polisin müşahidə kameraları vasitəsilə apardığı araşdırma nəticəsində müəyyən olunub ki, V.Osmanov Odessa şəhərində iaşə obyektlərindən birindən çıxarkən, naməlum şəxslər tərəfindən avtomobilə əyləşdirilərək naməlum istiqamətə aparılıb. Həmyerlimizlə indiyədək heç bir əlaqə yoxdur. Yerli polis onun yaxınlarına hələ də bir məlumat vermir.

 

Qeyd edək ki V.Osmanov Ukrayna vətəndaşıdır və Odessada Azərbaycan diasporunun fəal üzvüdür.

Tacxeber.com

Oxşar xəbərlər

Gecə gizlicə xoşuna gəldiyi qonşu qadının evinə girdi – Kabus yaşadı / FOTOLAR

redaktor

Qadın casuslar iş başında – İki ölkənin kəşfiyyatı arasında gizli savaş

admin

ABŞ və Britaniya səfirləri Hüseyn Cavidin abidəsinin önündə Navalnını yad etdilər – Foto

admin