24 C
Bakı
22 İyun 2025 10:50
Dünya

O Kanadanın ilk türk millət vəkili oldu

Kanadada növbədənkənar ümumi seçkilər başa çatıb. Kanadanın rəsmi və müstəqil seçki qurumu “Elections Canada” tərəfindən paylaşılan ilkin nəticələrə görə, hakim Liberal Partiyası 43,5 faizi səslə qalib gəlib.

 

Tacxeber.com xəbər verir ki, Oakville Vest bölgəsində Liberal Partiyasının namizədi kimi iştirak edən Şima Açan Kanada parlamentinə seçilən ilk türk millət vəkili olub.

 

Açan seçkidə qalib gəldikdən sonra “Kanadanın türkcə səsi” kanalına açıqlama verərək türkcə bilən, türklərin dərdindən xəbərdar biri kimi Kanada parlamentinin üzvü olmaqdan çox həyəcanlı olduğunu bildirib. O, texnoloji və iqtisadi sahədəki inkişaflar üçün çalışmaq istədiyini qeyd edib.

 

Qəzzaya verdiyi dəstək ilə gündəmə gələn Açan sosial media hesabından İsrailin Qəzzaya hücumları ilə bağlı açıqlamaları ilə də diqqət çəkir. Hücumlardan təsirlənən insanların hekayələrinin ağrılı olduğunu vurğulayan Açan atəşkəsin bərpasına çağırıb.

Tacxeber.com

Oxşar xəbərlər

Bazar günü hava necə olacaq?

redaktor

Britaniya mətbuatı: “Putinin yeni sevgilisi var”

redaktor

Türk ölkəsi İranda terminal inşa edə bilər

redaktor