16 C
Bakı
27 Sentyabr 2025 02:24
Siyasət

Əvəz Zeynallı müalicə üçün Türkiyəyə gedir

Həbsdən azad olunan jurnalist Əvəz Zeynallı müalicə məqsədilə Türkiyəyə yola düşür.

 

Tacxeber.com xəbər verir ki, bu barədə onun həyat yoldaşı Məlahət Zeynallı məlumat verib.

 

“Bir neçə gündür sizi məlumatlandıra bilmirik. Ancaq çalışıb tez-tez Əvəz Zeynallının səhhəti haqqında sizi xəbərdar edəcəyik. Bəzi detallar müəyyənləşən kimi müalicə üçün ölkəmizdən kənara – böyük ehtimalla Türkiyəyə yollanacağıq və hər zaman dualarınıza möhtacıq. Sevgili Xalqımız, Uca Millətimiz, Sizi Sevirik!”, – deyə o bildirib.

 

Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən Əvəz Zeynallı ötən il külli miqdarda rüşvət alma və nüfuz alveri ittihamı ilə 8 il 10 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Lakin o, bu il aprelin 25-də vaxtından əvvəl azadlığa buraxılıb və qalan cəza müddətindən azad olunub.

Tacxeber.com

Oxşar xəbərlər

“Ermənistanı dövlətçiliyini itirmək və dünyanın siyasi xəritəsindən silinmək gözləyir”

admin

Elman Nəsirov: “Azərbaycanlıların bir məsəli var: gələn gedənə rəhmət oxutdurur…”

redaktor

Putin Haaqa-nın həbsinə order verdiyi dördüncü dövlət başçısıdır

redaktor