Cəmiyyət

Bakıdakı məşhur restoranlar cərimələndi – SİYAHI

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən növbəti monitorinqlər keçirilib.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.

 

Bildirilib ki, keçirilən monitorinqlər və aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən “Xəmsə”, “Ağ Çiçəyim”, “Afrodita Palace”, “Arzu”, “Şahzadə”, “Leyla Plaza”, “Kolissa Hall”, “White Palace”, “Qızıl Qaya”, “Golden Baku”, “Baku Castle”, “Qəbələ-Xanlar”, “Xankəndi”, “Çətir”, “Alaçatı Mood”, “Kafe Faiq”, “Tovuz Manqal”, “3 Mərtəbə”, “Sunrise” şadlıq sarayları və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

 

“Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və hər birinin 2 500 manat məbləğində cərimə olunması ilə bağlı qanunamüvafiq tədbirlər görülür”, – deyə məlumatda qeyd olunub.

Tacxeber.com

Oxşar xəbərlər

Nəzrinin vəfat etdiyi gecə növbədə bu həkimlər olubmuş – FOTO

redaktor

Rövnəq Abdullayevin Azərbaycandan çıxardığı sərvət: Ağlasığmaz məbləğ

admin

AXCP funksioneri narkotik ittihamı ilə saxlanılıb

admin