30 C
Bakı
10 Avqust 2025 20:06
CəmiyyətGündəmTarix

Unutmarıq, unutdurmarıq!

Heç şübhəsiz ki, 27 aprel Azərbaycan tarixixin ən ağır günlərindən biridir. 1920-ci il 27 aprel Qırmızı ordunun Azərbaycan Xalq Cümhuriyyətini yıxması və Azərbaycanda “qırmızı terrorun” başlanğıcı günüdür. Biz heç zaman bunu unutmamalı və tarixdən dərs çıxarmalıyıq.

 

100 ildən çox keçsə də, 20-ci və 21-ci əsrlər arasında texnoloji inkişaf baxımından fərq yerlə göy qədər olsa da, regioda gedən geosiyasi proseslərin mahiyyəti dəyişmədi. Bunun bariz nümunəsi, işğalçı imperiyanın Ukraynanı işğal, etnik təmizlik və dövlətçiliyinə son qoymaq cəhdlərini görürük.

 

Ukrayna xalqının misilsiz dirənişi, qəhrəmanlığı və savaşı sayəsində işğalçı imperiyanın arzuları çirkin ürəyində qaldı. Bəli, məhz xalqın. Əlbəttə ki, Qərbin hərbi-siyasi dəstəyi çox böyük rol oynadı, amma həlledici rolu məhz Ukrayna xalqı oynadı.

Fərqli dövrlərdə işğalçı imperiya çar Rusiyası, SSRİ idi, bu gün Rusiya Federasiyası mahiyyət etibarı ilə onların bütün mənalarda varisidir.

 

Biz, xalq və dövlət olaraq Rusiyanın işğalçılıq siyasətindən çox böyük zərər görmüşük və bu gün mövcud olan problemlərin böyük əksəriyyəti məhz bundan qaynaqlanır. Sovet işğalı dövlətçilik ənənəmizin tarixini 70 il qısaltdı.

27 aprel bizə xatırladır ki, heç bir xalqa azadlıq “hədiyyə” verilmir, onun uğrunda savaşmalı, qorumalı və gələcək nəsillərə ötürməliyik.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Tahir Kərimli: “Bağırov” körpüsü sökülməlidir, Çində, Yaponiyada evlərin üstündən belə yollar salırlar, bunu etmək nə çətin məsələdir?”

redaktor

“Sibel Can bilməlidir ki, oğurluq mahnı oxuyur, təzminat tələb edəcəyik”

redaktor

Rusiya MN-dən AÇIQLAMA: Qarabağdakı separatçıların ümidləri puç oldu

redaktor