19 C
Bakı
26 Sentyabr 2025 21:58
Dünya

Tramp Kiyevə silah verilməsinin şərtini açıqladı

ABŞ Prezidenti Donald Tramp Vatikanda keçirilən görüşdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündə müzakirə edilən məsələləri açıqlayıb.

 

Tacxeber.com xəbər verir ki, Tramp Zelenski ilə görüşün təxminən 15 dəqiqə davam etdiyini və çox məhsuldar olduğunu bildirib.

 

Onun sözlərinə görə, Volodimir Zelenski əvvəlkindən xeyli sakitləşib və indi vəziyyəti daha yaxşı başa düşür.

 

Görüşdə müzakirə olunan məsələlər gəldikdə Tramp deyib ki, müzakirə zamanı Zelenski yenidən Ukraynaya silah tədarükü ilə bağlı müraciət edib.

 

Tramp vurğulayıb ki, Ukraynaya silah tədarükü ilə bağlı qərar Rusiyanın sülh yolu ilə nizamlanma kontekstindəki davranışından asılı olacaq. “Gəlin görək nə baş verir. Mən Rusiya tərəfində nə baş verdiyini görmək istəyirəm”, – Tramp bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Yeni məktəbli formalarından narazılıq: “Parça keyfiyyətsiz, ətək nazik, tikişlər səliqəsiz…” – FOTO

redaktor

Tramp Çinə tariflərin 115 faizindən imtina etdi.

admin

Müəllimlərdən pul tələb edən direktor işdən çıxarılıb

redaktor