13 C
Bakı
28 Mart 2026 00:00
Cəmiyyət

AYNA-nın “TikTok” paylaşımındakı mahnı etiraza SƏBƏB OLDU: Əxlaqsızlığı və narkotiki təbliğ edir

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) son paylaşımı sosial şəbəkədə qınaq obyektinə çevrilib.

 

Oxu.Az xəbər verir ki, qurum “TikTok” trendinə qoşulmaq üçün britaniyalı müğənni Raye və amerikalı rep ifaçısı 070 Shake-in ifa etdiyi “Escapism” mahnısının “radio edit” versiyasından istifadə edib.

 

Lakin istifadəçilər bildiriblər ki, mahnının orijinal sözləri kifayət qədər vulqardır. Mahnının sözləri əxlaqsızlığı təşviq edir, həmçinin narkotik təbliğatı aparır. Bu, AYNA kimi rəsmi bir quruma yaraşmır.

 

Bəzi istifadəçilər isə daha sərt reaksiya verərək qeyd ediblər ki, AYNA reklam naminə ucuz effekt dalınca qaçmaq əvəzinə, əsas vəzifəsinə – cəmiyyətin real problemlərini gündəmə gətirməyə vaxt ayırmalı idi.

Həmin paylaşımı təqdim edirik:

Tacxeber.com

Oxşar xəbərlər

GDU-nun rektoru Yusif Yusibovun tender oyunu- 1.6 milyon manat necə xərclənib?

redaktor

“Bakı Metropoliteni” 45 min litr süd alır – Bir litr üçün 2,73 manat ödəniləcək

redaktor

Dəyəri 1 milyon dollardan çox olan startap Azərbaycanda qida tullantılarının qarşısını almağı hədəfləyib.

admin