16 C
Bakı
27 Sentyabr 2025 19:40
Dünya

Məsud Pezeşkian: “Biz İranı azərbaycanlıların ikinci Vətəni hesab edirik”

“Biz həmişə Azərbaycanın hüquqlarını müdafiə etmişik və Ermənistanı da öz hüquqları çərçivəsində müdafiə edirik”.

 

Tacxeber.com xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində Azərbaycan-Ermənistan münasibətləri barədə danışarkən deyib.

 

“Biz çalışırıq ki, hər iki tərəf qonşuluq prinsipləri əsasında dinc yaşasın və bir-birimizə yardım göstərək”, – dövlət başçısı qeyd edib.

 

Peşezkian qeyd edib ki, İran Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqənin yaradılmasına kömək edib: “Bizim bu gün edəcəyimiz kömək bundan ibarətdir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqənin yaradılmasına təşəbbüs göstərmişik. Layihə bu gün çox sürətlə həyata keçməkdədir. Bu, artıq razılaşdırılıb və İran ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqənin yaradılmasında heç bir problem yaranmayacaq. Biz İranı azərbaycanlıların ikinci Vətəni hesab edirik və ayaqları bura dəyərsə bunu mübarək hesab edəcəyik”.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya Ukraynaya dron və raketlərlə hücum edir

redaktor

Rusiya son sutkada bu qədər itki verdi – ŞOK RƏQƏMLƏR

redaktor

“Putin 10-20 milyon rusu qurban verə bilər” – Rusiyalı diplomatdan DƏHŞƏTLİ AÇIQLAMA

admin