24 C
Bakı
23 İyun 2025 17:37
Dünya

Meloni və Zelenski Trampın Ukrayna ilə bağlı sülh səylərini dəstəkləyiblər

İtaliyanın Baş naziri Giorgio Meloni Romada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə hökumətin “Çigi” sarayı məlumat yayıb.

Vurğulanıb ki, tərəflər Rusiya ilə Ukrayna arasında sülhün əldə olunmasını müzakirə ediblər.

“Görüş zamanı liderlər ABŞ Prezidenti Donald Trampın Ukraynada təhlükəsizlik, suverenlik və azad gələcəyi təmin edə biləcək ədalətli və davamlı sülhə nail olmaq səylərini dəstəklədiklərini bir daha bəyan ediblər”, – bəyanatda deyilir.
İtaliyanın Baş naziri dərhal və qeyd-şərtsiz atəşkəs əldə olunmasının vacibliyini, eləcə də sülh prosesinə başlamaq üçün Rusiyanın konkret öhdəliklər götürməsinin vacibliyini vurğulayıb.

“Baş nazir Ukraynanın dərhal atəşkəsə tam hazır olmasını alqışlayıb. İndi Rusiyanın da sülhə hazır olduğunu konkret nümayiş etdirməsi gözlənilir”, – məlumatda bildirilib.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ Prezidenti jurnalistləri təhqir edib – VİDEO

redaktor

Türkiyədə zəlzələ baş verdi

admin

Şahramanyan “Artsax”ın buraxılması “fərmanı”nı ləğv etdi – Deputatdan

admin