21 C
Bakı
23 İyun 2025 03:23
Cəmiyyət

Həkimlərdən xəbərdarlıq: İdeal təzyiq ölçüsü bu qədər olmalıdır

Əvvəllər ideal hesab edilən 120/80 təzyiq ölçüsü bəzi insanlar üçün təhlükəli ola bilər.

 

Tacxeber.com xəbər verir ki, bunu kardioloq İrina Vasilyeva bildirib.

 

O, kimin risk altında olduğunu və bu cür göstəricilərlə dərmana ehtiyacı olduğunu izah edib.

 

Həkimin sözlərinə görə, son araşdırmalara görə, 115/75-dən başlayaraq qan təzyiqi hər 20/10 mmHg artması ilə ürək-damar xəstəliklərindən ölüm riski iki dəfə artır. O deyib ki, buna görə də Avropa ölkələrində 120/70-dən aşağı göstəricilər normal hesab olunur.

 

Vasilyeva xəbərdarlıq edib ki, qan təzyiqi 120/70 ilə 139/89 arasında olan insanlar ürək-damar risklərini qiymətləndirməlidirlər. Bir insanın işemik ürək xəstəliyi, ağır böyrək patologiyası və ya diabeti varsa, bu cür qan təzyiqi göstəriciləri ilə ona dərman müalicəsi təyin edilə bilər. (Publika.az)

Tacxeber.com

Oxşar xəbərlər

Şeyx Əbdül: Bəhramın cəsarəti çatmayıb desin ki…

redaktor

Ağadadaş Ağayevin balta atması nəticəsində xəsarət alan xadimə Mübariz Mənsimovun əmisi qızıdır

redaktor

Azərbaycanlı məşhur meyxanaçılardan “Aşkın olayım” performansı – VİDEO

redaktor