Dünya

Türkiyədə kişi əməliyyatdan sonra ana dilini unudub

Türkiyədə 67 yaşlı Konya şəhər sakini dizindən əməliyyat olunduqdan sonra ana dilini unudub və 10 ildən sonra ilk dəfə yalnız Danimarka dilində danışmağa başlayıb.

Tacxeber.comxəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Əməliyyatdan sonra kişinin sağ qolu və ayağı işləməyib.

Agentliyin məlumatına görə, o, 20 il Danimarkada yaşayıb, sonra Türkiyəyə qayıdıb.

Konya Səlcuq Universitetinin Tibb Fakültəsinin doktoru Gökhan Özdemir qeyd edib ki, damar tıxandıqdan sonra xəstənin dilləri unudması və ya bilmədiyi dillərdə danışmağa başlaması halları ola bilər. Həkim kişinin yaxın gələcəkdə yenidən türkcə danışacağını proqnozlaşdırır.

Tacxeber.com

Oxşar xəbərlər

Mini ətəkli qadını polis şöbəsinə buraxmadılar

redaktor

Elektrik və hidrogenlə işləyən yük maşını təqdim olundu.

admin

Putin İstanbul danışıqlarında təslim olmadı: Tramp təcili hərəkətə keçəcək

redaktor