28 C
Bakı
11 Avqust 2025 20:10
Dünya

Türkiyədə kişi əməliyyatdan sonra ana dilini unudub

Türkiyədə 67 yaşlı Konya şəhər sakini dizindən əməliyyat olunduqdan sonra ana dilini unudub və 10 ildən sonra ilk dəfə yalnız Danimarka dilində danışmağa başlayıb.

Tacxeber.comxəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Əməliyyatdan sonra kişinin sağ qolu və ayağı işləməyib.

Agentliyin məlumatına görə, o, 20 il Danimarkada yaşayıb, sonra Türkiyəyə qayıdıb.

Konya Səlcuq Universitetinin Tibb Fakültəsinin doktoru Gökhan Özdemir qeyd edib ki, damar tıxandıqdan sonra xəstənin dilləri unudması və ya bilmədiyi dillərdə danışmağa başlaması halları ola bilər. Həkim kişinin yaxın gələcəkdə yenidən türkcə danışacağını proqnozlaşdırır.

Tacxeber.com

Oxşar xəbərlər

İran aviaşirkətinin sərnişinləri azərbaycanca salamlaması QALMAQAL YARATDI

redaktor

Petrosyanın şok çıxışı: Azərbaycanlıları qovduq ki… – Video

admin

Makronla Sunak matça görə “atışdı”

admin