26 C
Bakı
11 Avqust 2025 03:37
Dünya

Trampdan ŞOK: Ukraynanı tam ələ keçirməməsi Rusiyanın böyük güzəştidir

Rusiya Ukraynanı tam ələ keçirməməklə Kiyevə sülh danışıqlarında əhəmiyyətli güzəştə gedib.

 

Tacxeber.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Norveçin baş naziri ilə görüşdə deyib.

 

“Rusiyanın bütün Ukraynanı ələ keçiməməsi böyük güzəştdir”, – Tramp bildirib.

 

Bununla belə, Tramp Rusiyanın Kiyevə hava hücumlarından narazılığını da dilə gətirək Putini kəskin tənqid edib.

 

Hücumların davam edəcəyi təqdirdə Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib-etməyəcəyi ilə bağlı məsələyə münasibət bildirən Tramp deyib ki, buna bir həftə sonra cavab verməyə üstünlük verir: “Razılaşma əldə edə biləcəyimizə inanmaq istəyirəm. Biz qəti şəkildə inanırıq ki, onlar hər ikisi sülh istəyir, lakin onlar masaya gəlməlidirlər. Ümid edirəm ki, buna nail olacağıq. Ona görə də hazırda buna cavab vermək üçün heç bir səbəb yoxdur”.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə parlamenti İsraillə bağlı qapalı iclas keçirəcək

admin

İsraildən Xameneiyə: Səddam Hüseynin taleyi…

redaktor

Sədr müavini: “Rusiya sülhməramlılarının komandanı özünü ermənilərin himayədarı kimi aparır”

redaktor