Cəmiyyət

Monitorinq Qrupu Qənirə Ataşovaya edilən təhdidlərlə bağlı toplantı keçirdi

Hüquq-müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri – Novella Cəfərova, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Çingiz Qənizadə və Arzu Abdullayeva hazırda ailəsi ilə birlikdə ABŞ-da yaşayan jurnalist Qənirə Ataşovanın ailəsinə və özünə qarşı edilən təhdidlərə dair müraciəti əsasında toplantı keçiriblər.

Tacxeber.com xəbər verir ki, görüş zamanı Qənirə Ataşova tərəfindən təqdim olunan materiallar və videogörüntülər ətraflı şəkildə müzakirə olunub.

Monitorinq Qrupunun üzvləri məsələ ilə bağlı hüquq-mühafizə orqanları ilə əlaqə saxlayaraq narahatlıqlarını ifadə ediblər. Onlara verilən məlumata görə, məsələ araşdırılır və qanunauyğun tədbirlər görüləcək.

Tacxeber.com

Oxşar xəbərlər

Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI

redaktor

Sosial şəbəkələrdə yaxta kirayəsi DƏLƏDUZLUĞU: Tutulanlar var – FOTO

redaktor

Bələdiyyə seçkiləri başladı – 16 min 92 namizəd mübarizə aparır

redaktor