GündəmSiyasət

Əvəz Zeynallı cəzadan azad edilib

“Xural” internet telekanalının 9 il azadlıqdan məhrum edilən rəhbəri Əvəz Zeynallının səhhətinə görə həbsdən azad edilməsi ilə bağlı müraciətə baxılıb.

 

Tacxeber.com xəbər verir ki, Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, Əvəz Zeynallı və müdafiəçisinin vəsatəti təmin edilib və Əvəz Zeynallı xəstəliyi səbəbindən cəzadan azad edilib.

 

Ə.Zeynallı prosesdə iştirak etməyib, həbsxanadan onlayn qoşulub.

 

Xatırladaq ki, Əvəz Zeynallıda bir müddət əvvəl xərçəng xəstəliyi aşkar olunub.

 

O, ötən ilin fevral ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətə azadlıqdan məhrum edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Ermənistan saxlanılan Azərbaycan əsgəri ilə bağlı nikbin xəbər – YENİLƏNİB

redaktor

Deportasiya qorxusu Maskı təlaşa saldı: Trampa tərif dolu paylaşım

redaktor

Bakıda onu kim görürsə, səcdə edir – VİDEO

redaktor