29 C
Bakı
14 Avqust 2025 12:56
GündəmSiyasət

Əvəz Zeynallı cəzadan azad edilib

“Xural” internet telekanalının 9 il azadlıqdan məhrum edilən rəhbəri Əvəz Zeynallının səhhətinə görə həbsdən azad edilməsi ilə bağlı müraciətə baxılıb.

 

Tacxeber.com xəbər verir ki, Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, Əvəz Zeynallı və müdafiəçisinin vəsatəti təmin edilib və Əvəz Zeynallı xəstəliyi səbəbindən cəzadan azad edilib.

 

Ə.Zeynallı prosesdə iştirak etməyib, həbsxanadan onlayn qoşulub.

 

Xatırladaq ki, Əvəz Zeynallıda bir müddət əvvəl xərçəng xəstəliyi aşkar olunub.

 

O, ötən ilin fevral ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətə azadlıqdan məhrum edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Müxalifət liderləri kimə səs verəcək? – Özləri açıqladı

redaktor

Ronaldonun 7 il əvvəl Xavini ələ salan sözləri yenidən gündəm oldu

admin

Yaşlı qadın İranda mövcud rejimə belə ETİRAZ ETDİ – VİDEO

redaktor