26 C
Bakı
11 Avqust 2025 04:05
Siyasət

Məhkəmə Əvəz Zeynallının səhhəti ilə bağlı qərar verib

“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad olunması ilə bağlı məhkəməyə edilən müraciətə baxılıb.

 

Tacxeber.com APA-ya istinadən xəbər verir ki, bu gün Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə Əvəz Zeynallı məhkəməyə gətirilmədiyi üçün iclas onlayn formada baş tutub.

 

Vəkil Rəşad Əliyev bildirib ki, müvəkkilinin xəstəliyi ilə əlaqədar ətraflı müayinəsi aparılıb, xərçəng diaqnozu təsdiqini tapıb.

 

Digər vəkil Fəxrəddin Mehdiyev də müvəkkilinin vəziyyətinin ağır olduğunu nəzərə alaraq, prosesin uzadılmamasını və bu gün qərar verilməsini xahiş edib.

 

Məhkəmə Əvəz Zeynallının xəstəliyinin təsdiqi üçün işin tibbi şəhədətləndirilməyə göndərilməsi barədə qərar verib. Qərara əsasən, Ə. Zeynallı xəstəliyi ilə bağlı tibbi komissiyadan keçiriləcək.

 

Proses qeyri-müəyyən vaxta təxirə salınıb.

 

Qeyd edək ki, bir qədər əvvəl Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulması barədə məlumat yayılıb. Bununla bağlı onun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciət olunub.

 

Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham olunan Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsin hökmünə əsasən, 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

 

Ali Məhkəmə Əvəz Zeynallının şikayətini qismən təmin edərək cəzanı 2 ay azaldıb.

Tacxeber.com

Oxşar xəbərlər

NATO-Rusiya müharibəsi BAŞLAYIR? – “İllərlə davam edəcək”

admin

Silah çatışmamazlığı səbəbindən Rusiya Şimali Koreyadan tam asılı vəziyyətə düşür

admin

Makron Cənubi Qafqazda “Rus dünyası” yaradır – Ukraynanın ən böyük xəbər nəşri

redaktor