20 C
Bakı
24 İyun 2025 02:39
Dünya

Dünənki təkanlar böyük İstanbul zəlzələsini sürətləndirib – Yapon mütəxəssis

“Mərmərə dənizində 7.5 bal və daha böyük maqnitudalı zəlzələlərin olması gözlənilir”.

 

Tacxeber.comxəbər verir ki, bu sözləri yaponiyalı zəlzələ mütəxəssisi Yoşinori Morivaki İstanbul zəlzələsi barədə danışarkən deyib.

 

O, baş verən zəlzələnin yer altındakı enerjini boşaltmadığını, əksinə gözlənilən “böyük İstanbul zəlzələsi”ni sürətləndirdiyini söyləyib.

 

“Biz Mərmərədə 7,5 bal və daha yuxarı zəlzələ gözləyirik. Bu cür zəlzələlər artıq tarixi dövrlərdə proqnozlaşdırılır” – o söyləyib.

 

O, zəlzələdən sonra afterşokların 1.5- 2ay davam edə biləcəyini deyib.

 

Qeyd edək ki, İstanbulda dünən saat 12:49-da Mərmərə dənizində Silivri yaxınlığında 6,2 bal gücündə zəlzələ baş verib. Bu zəlzələdən əvvəl və sonra daha kiçik maqnitudalı bir neçə təkan da olub. Zəlzələdən sonra 300-ə yaxın afterşok qeydə alınıb.

 

Onu da əlavə edək ki, afterşok zəlzələdən sonra baş verən və əsas zəlzələdən daha zəif olan ikinci dərəcəli yeraltı təkanlardır.

Tacxeber.com

Oxşar xəbərlər

Daha bir şəhidin adını daşıyan gəmi suya endirildi – FOTO

redaktor

“Bu məsələləri Putinlə müzakirə edəcəyik” – Ərdoğan

redaktor

Meksikalılar Trampdan belə “qisas” aldılar

redaktor