26 C
Bakı
11 Avqust 2025 03:36
Hadisə

İstanbuldakı zəlzələ Azərbaycana təsir edə bilər? – Qurban Yetirmişlidən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, qardaş ölkə Türkiyənin İstanbul şəhərində bugün ard-arda bir neçə zəlzələ baş verib.

 

Bəs bu zəlzələnin davam etməsi gözlənilir?

 

Mövzu ilə bağlı  AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli açıqlama verib:

 

“Türkiyədə avtoşoklar enerji boşalması olana qədər davam edəcək. Həmin zəlzələ zəif zəlzələ deyil, güclü zəlzələdir. Uzun müddət gərginlik yaşayan bölgədə parçalanmalar baş verir, bu da enerji boşalmasının davam etməsinə səbəb olur.

 

Bu zəlzələnin bizim ölkəyə heç bir təsiri yoxdur. Həmin zəlzələ bizim zəlzələ ocaqlarını oyada bilməz.Türkiyədəki bu zəlzələlərin bir müddət daha davam edəcəyini və avtoşokların bölgədə baş verəcəyi gözləniləndir”.

 

Qeyd edək ki, İstanbulun Silivri rayonu çevrəsində qeydə alınan ilk yeraltı təkan 3.9 bal gücündə olub. Daha sonra 4,4 bal gücündəl zəlzələ qeydə alınıb. Çox keçmədən 6,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlardan insanlar arasında yaranan təşvişlə əlaqədar şəhərin mobil rabitə sistemində ciddi pozuntular yaşanır.

 

Dağıntılar və itkilər barədə hələ ki məlumat yoxdur.

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynada partlayış: SOCAR-a məxsus YDM-yə ziyan dəydi

redaktor

Yas mərasimində döşəmə çökdü – ağır yaralılar var – FOTO

admin

“Məhkəmə işini ictimai müzakirəyə çıxaran vəkillər ciddi cəzalanacaqlar”

admin