21 C
Bakı
20 Oktyabr 2026 13:46
Dünya

Çin səfiri Zelenskinin bu sözlərinə görə XİN-ə çağırıldı

Ukrayna prezidenti Volodimir Zelenskinin Çin əleyhinə səsləndirdiyi iddialardan sonra Pekinin Kiyevdəki səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.

 

“Biz Çinin Kiyevdəki səfiri Şenqkunu çağırdıq və ona Çinin müharibədəki mümkün rolu ilə bağlı ciddi narahatlığımızı çatdırdıq”, – deyə məlumatda qeyd olunub.

 

Məlumata görə, Zelenski Çin vətəndaşlarının Rusiyada pilotsuz uçan aparat istehsal edən mərkəzdə işlədiyini açıqlayıb və Moskvanın Çindən dron texnologiyasını oğurlamış ola biləcəyi iddiasını irəli sürüb.

 

Bu sözləri Zelenski Kiyevdə mətbuat konfransı zamanı deyib. Bu, onun Çini Rusiyaya silah və barıt göndərmək kimi birbaşa hərbi yardım göstərməkdə ittiham etməsindən bir neçə gün sonraya təsadüf edir.

 

Lakin Çin bu iddiaları qəti şəkildə rədd edir və Ukrayna müharibəsində bitərəf qaldığını israr edir.(Unikal.az)

Tacxeber.com

Oxşar xəbərlər

Savaş böyüyəcək…

redaktor

Zalımın ən ağır cəzası ölüm deyil, ədalət qarşısında cavab verməkdir

redaktor

Respublikaçılar Trampa qarşı…

admin