16 C
Bakı
28 Sentyabr 2025 10:08
Cəmiyyət

Şərurlu İsfəndiyar həbs edilir?

Xüsusi ittiham qaydasında məhkəməyə verilən “Şərur MTK”nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) yenə də məhkəməyə gəlməyib.

 

Hakim bu dəfə də məhkəməni təxirə salmayıb.

 

“Şərurlu İsfəndiyar”dan şikayət edən, hazırda həbsdə olan iş adamı “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərovdur.

 

Onun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

 

“Şərurlu İsfəndiyar” müsahibələrinin birində Emil Səməndərovu “dələduz” adlandırmışdı. Barəsində məhkəmə hökmü çıxmadığı halda onun barəsində böhtan xarakterli məlumat yaydığı üçün Emil Səməndərov Şərurlu İsfəndiyarı məhkəməyə verib.

 

Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib.

 

Xüsusi ittihamçı İ.Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.

 

Məhkəmə iclası Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə İsfəndiyar Axundov təqsirləndirilən şəxs kimi tanınıb.

 

Hakim Axundovun iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab edib.

Tacxeber.com

Oxşar xəbərlər

Xalqı təbrik edən Xameneinin ölüm xəbəri yayıldı – İranda nə baş verir?

redaktor

Hacı Mazan oğlu haqqında ŞOK İDDİA! – Hər gün Viləş çayından 100 maşın iri daş çıxararaq, özünə məxsus zavoda aparır

admin

Həbsdə olan siyasi məhbusdan digər həbsdə olan siyasi məhbusa ad günü təbriki.

admin