Dünya

Zelenski Rusiyaya atəşkəs üçün yeni format təklif edib

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya 30 gün müddətinə uzadılma ehtimalı ilə mülki infrastruktura qarşı uzun mənzilli PUA və raket zərbələrini dayandırmağı təklif edib.

Tacxeber.com APA-ya istinadən xəbər verir ki, Zelenski bu haqda öz “Telegram” kanalında yazıb.

 

“Bununla belə, bu gün hava həyəcanı siqnalları olmadı. Deməli, bu, əldə olunmuş və davam etdirməsi ən asan olan bir sakitlik formatıdır. Ukrayna, mülki infrastruktur obyektlərinə uzaqmənzilli dronlar və raketlərlə istənilən zərbələrdən azı 30 gün müddətinə imtina edilməsini və bu müddətin uzadılması imkanını təklif edir. Əgər Rusiya belə bir addıma razılaşmasa, bu, onun yalnız insan həyatını məhv edən və müharibəni davam etdirən hərəkətlərə üstünlük verdiyinə sübut olacaq.”, – Zelenski bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Moskva agenti Paşinyana savaş elan etdi – Arşakyan

redaktor

Tusk: Ukrayna müharibəsi tezliklə dondurula bilər

redaktor

Tramp hücum planlarını TƏSDİQLƏDİ – İran bu tarixdə vurula bilər

redaktor