29 C
Bakı
14 Avqust 2025 19:34
CəmiyyətGündəmŞikayət

“Ölkədə ədalət sistemi mütləq suni intellektrə verilməlidir” – Aqil Layıc

Tibbi səhlınkarlıqla bağlı (adamı öldürüblər sözün əsl mənasında) məhkəmədə iddiamız var.

 

Məhkəmə işi ekspertizaya göndərib. Camaatın zəli kimi qanını içən və saxta rəylər verən bu ekspertiza mərkəzi ağzına gələn rəy verib.

Subyektiv maraqları naminə rəy verib. Zərərçəkmiş tərəf də texnologiyadan başı çıxdığı üçün, suni intellektin ən yüksək versiyasına bu rəyi verib.

Süni İntellekt beynəlxalq protokol qaydaları və tibbi əsərlərlə, elmi yanaşmalarla bu saxta rəyi alt-üst edib və hər detalın saxta olduğunu aşkarlayıb.

 

Rəydə bir dənə də olsun elmi sənədə istinad yoxdur. Ağızlarına gələni yazıblar.

 

And içirəm vicdanıma ki, bu ekspertlər cinayətkardırlar. Sağolsun suni intellekt, daha bunların geydirmə rəylərinə belə ehtiyac qalmayacaq.

Pul qarşılığında insan qanına heyvan qanı yazan həşaratlarsınız…

 

Ölkədə ədalət sistemi mütləq suni intellektrə verilməlidir. Onda bəlkə insanlarımız rahat nəfəs alar..

 

Aqil Layıc

Tacxeber.com

Oxşar xəbərlər

Gözündən yaralansa da, silahı yerə qoymayan Ceyhun danışdı – VİDEO

redaktor

Aygün Bəyləri müalicə edəcəyini deyən həkim susdu

redaktor

“TikTok”da trend oldu, azərbaycanlılara “sağ ol” dedi

redaktor