23 C
Bakı
24 İyun 2025 10:14
Dünya

“İran zəif vəziyyətdədir, istifadə etmək lazımdır” – İsrail XİN başçısı

İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almağa can atır. Lakin problemi diplomatiya yolu ilə həll etməyə hazırdır.

Tacxeber.comxəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar deyib.

 

O, həmçinin İsrailin may ayında İrana hücum etməyi planlaşdırdığı barədə xəbərləri təkzib edib:

 

“Mən Təhlükəsizlik Kabinetinin və bütün qapalı forumların üzvüyəm. Belə bir qərarı xatırlamıram. Belə qərarın verildiyini düşünmürəm. Amma İsrail İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq məqsədinə sadiqdir. Bu məqsədə diplomatik yolla nail olmaq olarsa, bu, qəbul edilir”.

 

Siyasətçi həmçinin vurğulayıb ki, İsrail hakimiyyəti İrandakı nüvə silahı ilə bağlı ABŞ və Avropa ilə əlaqə saxlayır:

 

“İran öz beynəlxalq öhdəliklərinə həmişə qeyri-ciddi yanaşıb. İstisna etmirəm ki, onlar nüvə silahı ilə bağlı lazımi həllə nail olmaqdan yayınmaq üçün bəzi qismən razılaşmalar əldə etməyə çalışacaqlar. İran zəif vəziyyətdədir və məqsədə çatmaq üçün bundan istifadə etmək lazımdır”.(Axar.az)

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyənin Hatay vilayətinin Kırıkhan rayonunda 4,8 bal gücündə zəlzələ olub.

admin

“Aztelekom”un işçisi 1600 cərimələndi, maaş ala bilmədiyi üçün də işdən çıxdı

redaktor

Putin Kim Çen İnə “Aurus” avtomobili hədiyyə etdi

admin