Dünya

Meksikalılar Trampdan belə “qisas” aldılar

Meksikada bəzi qəhvəxanalar ABŞ Prezidenti Donald Trampın siyasətinə etiraz olaraq menyulardakı “Amerikano” qəhvəsinin adını “Meksikano” olaraq dəyişməyə başlayıblar.

Tacxeber.comxəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilir ki, bu təşəbbüs Trampın xüsusilə immiqrasiya siyasətinə qarşı yönəlmiş simvolik etiraz forması kimi dəyərləndirilir.

Qeyd edək ki, bu, Trampın siyasətinə qarşı ilk belə mədəni etiraz forması deyil. Meksikalılar bu kimi addımlarla ABŞ-nin sərt immiqrasiya yanaşmalarına qarşı öz narazılıqlarını ifadə edirlər.

Xatırladaq ki, yanvarın 21-də Tramp Meksika körfəzinin adının Amerika Körfəzi adlandırılması haqqında fərman imzalayıb. Bu da meksikalıların etirazlarına səbəb olub.

Tacxeber.com

Oxşar xəbərlər

“Çılpaq gecə”yə görə Kirkorov saniyə-saniyə kəsildi

admin

Rus jurnalist qovuldu, Tramp “Zelenski hazır olanda qayıdar” dedi – Nələr baş verdi?

redaktor

Neft cüzi ucuzlaşdı

redaktor