12 C
Bakı
28 Mart 2026 06:59
Dünya

ABŞ dəyərlərini itirə bilər — Mask

ABŞ hökumətinin işinin səmərəliliyinin artırılması üzrə departamentə (DOGE) rəhbərlik edən amerikalı iş adamı İlon Mask Birləşmiş Ştatların öz əzəli dəyərlərini itirə biləcəyini söyləyib.

Tacxeber.comxəbər verir ki, sahibkar “X” sosial şəbəkəsindəki səhifəsində milyarder Bill Ekmanın qanunsuz miqrasiyanın Birləşmiş Ştatların əzəli dəyərlərinin itirilməsinə səbəb ola biləcəyini iddia edən fikrini dəstəkləyib.

Ekman hesab edib ki, ABŞ ölkəyə milyonlarla qanunsuz miqrantı yoxlamadan buraxır və onları çıxarmaq üçün məhkəmə prosesləri tələb olunur. Məhz bu, demokratik sistemin qorumağa çağırıldığı dəyərlərin itirilməsinə səbəb ola bilər.

“Bu, acı həqiqətdir”, – Mask cavab verib.

Daha əvvəl məlum olub ki, ABŞ bir neçə ay ərzində miqrantlarla mübarizəyə 300 milyon dollardan çox pul xərcləyib.

Tacxeber.com

Oxşar xəbərlər

Tarix boyu insanlığa qarşı ən qatı cinayətlər din və Allah adına törədilib.

admin

Putinin dostu Şoyqu Rusiyadan niyə qaçmaq istəyib?

redaktor

Rusiya təyyarəsi sərt eniş etdi – YARALILAR VAR

redaktor