17 C
Bakı
28 Sentyabr 2025 03:14
Cəmiyyət

Tanınmış həkim həbsxanaya getdi — Tofiq Yaqublunu müayinə etdi

Tanınmış həkim Adil Qeybulla Müsavat Partiyasının üzvü Tofiq Yaqublunu təcridxanada müayinə edib.

Tacxeber.com xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi məlumat yayıb.

Adil Qeybullanın istintaq təcridxanasına daxil olmasına icazə verilib. O, Penitensiar Xidmətin Tibb Baş İdarəsinin həkimləri ilə birgə Tofiq Yaqublunu müayinə edib.

Həkim məhkumun saxlanılma şəraitindən narazı olmadığını, ona aclığı dayandırmasını tövsiyə etdiyini deyib.

Qeyd edilib ki, bu gün T.Yaqublunun çəkisi 83 kq 350q, təzyiqi 126/84, temperatur, saturasiya, ürək döyüntüsü normaldır. A.Qeybulla aclıq aksiyasının protokoluna uyğun olaraq ona ringer və digər fizioloji məhlullar köçürüb.

Tacxeber.com

Oxşar xəbərlər

Daha bir jurnalist barəsində həbs qərarı verildiyi deyilir

redaktor

Dünən Yevlaxda da qatar kişini vurdu

admin

Gündüz Novruzov “Porsche”sində avtomatla tutuldu – FOTO

redaktor