4 C
Bakı
11 Fevral 2026 21:15
Siyasət

Putin atəşkəs elan edib

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə pasxa atəşkəsini elan edib.

Tacxeber.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

“Humanitar mülahizələrə əsaslanaraq, bu gün saat 18:00-dan bazar günündən bazar ertəsinə keçən gecə saat 00:00-a qədər Rusiya tərəfi pasxa atəşkəsini elan edir. Bu müddət ərzində bütün döyüş əməliyyatlarını dayandırmağı əmr edirəm. Ukrayna tərəfinin bizim nümunəmizi izləyəcəyini düşünürük. Eyni zamanda, qoşunlarımız atəşkəsin mümkün pozuntularına və düşmən tərəfindən təxribatlara, onun hər hansı təcavüzkar hərəkətlərinə qarşı cavab verməyə hazır olmalıdır”, – Putinin bəyanatında deyilib. ( Report )

Tacxeber.com

Oxşar xəbərlər

İlon Mask yeni siyasi partiya yaratmaq planlarından imtina edib

redaktor

Zaxarova sülhməramlıların Qarabağda qalma müddətindən danışdı

redaktor

Putin Kim Çen İnə “Aurus” avtomobili hədiyyə etdi

admin