24 C
Bakı
12 Avqust 2025 00:52
Dünya

Bu telefonlar internetə pulsuz qoşulacaq – SİYAHI

İlon Maskın “SpaceX” şirkəti tərəfindən hazırlanmış “Starlink” peyk şəbəkəsi sayəsində bəzi smartfonlar 2025-ci ilin iyul ayından etibarən kosmosdakı “Starlink” peyklərinə birbaşa qoşula biləcək.

 

Tacxeber.com xəbər verir ki, bu sayədə istifadəçilər baza stansiyalarına ehtiyac olmadan fasiləsiz əlaqə saxlaya biləcəklər.

 

Bundan əlavə, sistem heç bir texniki müdaxilə tələb etmir. Belə ki, smartfonlar avtomatik olaraq peyk şəbəkəsinə qoşulacaq və fasiləsiz əlaqəni təmin edəcək.

 

Şirkət bu şəbəkəyə qoşula biləcək telefonların siyahısını paylaşıb. Sözügedən kateqoriyanı təqdim edirik:

 

“Apple” seriyasından “iPhone 14” və sonrakı bütün “iPhone” modelləri,

 

“Google”: Pixel 9, Pixel 9 Pro, Pixel 9 Fold, Pixel 9 XL,

 

“Motorola”: 2024-cü il və daha sonra istehsal edilən bütün modellər,

 

“Samsung”: Galaxy A14, A15, A16, A35, A53, A54, həmçinin Z Flip3 və Z Fold3.   (Publika.az)

Tacxeber.com

Oxşar xəbərlər

Trampın səbri tükəndi

redaktor

Litva prezidenti: “Bir dəfə mühafizəçilərdən qaçdım, sonra onların üzünü görüb…”

redaktor

Almaniya səfiri İran XİN-ə çağırıldı

redaktor