32 C
Bakı
12 Avqust 2025 15:54
Sağlamlıq

Bağırsaqların durumu ilə depressiya arasında birbaşa əlaqə var

Əhval-ruhiyyəyə təsir edən mikrofloranın çatışmazlığı…

“Bağırsaqların vəziyyəti və onlarda yaşayan mikrobiota əhval-ruhiyyəyə təsir edərək, narahatlıq və depressiyaya səbəb ola bilər”.

 

Tacxeber.comxəbər verir ki, bunu həkim-toksikoloq Mixail Kutuşov “MIR24.TV”yə bildirib. Onun sözlərinə görə, “bağırsaq-beyin oxu” adlı ayrıca tədqiqat sahəsi var.

 

“Bağırsaq-beyin oxu” adlanan bu tədqiqat sahəsi bu iki müstəqil görünən sistem arasında təəccüblü qarşılıqlı təsir mexanizmlərini ortaya qoyur”, – həkim qeyd edib.

 

Həkim vurğulayıb ki, bağırsaq mikrobiotasındakı disbalans (disbioz) iltihaba, bağırsaq baryerinin pozulmasına, bağırsağı beyinlə birləşdirən siqnal yollarında dəyişikliklərə səbəb ola bilər. Bu, əhval-ruhiyyəni və emosional sabitliyi tənzimləyən nörotransmitterlərin istehsalına təsir göstərə bilər.

 

Tədqiqatlar göstərir ki, narahatlıq və depressiyadan əziyyət çəkən insanlarda faydalı bakteriyaların müxtəlifliyi azalır və patogen mikroorqanizmlərin sayı çoxalır: “Bununla belə, mikrobiotanın rolunu başa düşmək üçün genetika və həyat tərzi kimi digər amillər də nəzərə alınmalıdır”, – deyə Kutuşov əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Bağırsağınızda polip olduğunu göstərən əlamət

redaktor

Broyler toyuq ətinin xərçəng riski sübut edildi

admin

Toyuq dönərində ölüm saçan hiylə: Ağardıcı ilə əti ağardırlar!

redaktor