29 C
Bakı
11 Avqust 2025 14:30
DünyaSiyasət

“ABŞ Ukraynaya yeni silah tədarükü ilə bağlı ciddi düşünmür”

Donald Tramp administrasiyası Ukraynaya gələcək hərbi yardımla bağlı faktiki olaraq ciddi müzakirələr aparmır.

 

Bu barədə “The New York Times” nəşri yazır.

 

Qeyd olunur ki, avropalı diplomatlar Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsinin davam etdirilməsi ilə bağlı ABŞ-dən dəqiq zəmanət almadıqlarını təsdiqləyiblər.

 

Nəşr yazır ki, Donald Tramp administrasiyası getdikcə Ukrayna məsələsini “necə kömək edə bilərik” yox, “nə əldə edəcəyik” prizmasından dəyərləndirir.

 

ABŞ Təhlükəsizlik Şurasının Rusiya məsələləri üzrə keçmiş müşaviri Fiona Qillin sözlərinə görə, Tramp Ukraynanı danışıqlar prosesindən kənarlaşdırmaq mənasına gəlsə belə, Moskva ilə birbaşa qarşılıqlı əlaqə qurmağa çalışır. (Azpolitika.info)

 

Tacxeber.com

Oxşar xəbərlər

Türk xalqına tarix dərsi vermək heç kəsin həddinə deyil! – Çavuşoğludan Baydenə cavab

redaktor

Ukrayna: Rusiya ordusuna güclü zərbə endirildi

redaktor

Binəli Yıldırım: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək məcburiyyəti ilə üzləşib”

redaktor