21 C
Bakı
22 İyun 2025 00:49
DünyaHadisə

Dənizdə unudulan ər arvad dalğıclar – Maraqlı hadisə

Unudulduqlarına görə Mərcan dənizində tənha qalıb həlak olan amerikalı ər və arvad.

 

1964-cü il təvəllüdlü Tom və 1969-cu il təvəllüdlü Aylin Luiziana universitetində tanış oldular. 1988-ci ildə evləndilər. Aylin sualtı üzgüçülüklə məşğul olurdu. Tomu da bu əyləncə ilə maraqlandıra bildi.

Ər və arvad Sülh korpusunun tərkibində bir müddət Tuvaluda, sonra Ficidə çalışırlar.

 

1998-ci il yanvarın 25-də Tom və Aylin, eləcə də daha 24 nəfər Avstraliyanın şimal-qərbində, Mərcan dənizindəki Böyük Sədd rifi ərazisində suya dalırlar. Qrupu həmin yerə beş nəfərlik heyətə malik “Outer Edge” kateri aparır.

Sahildən 40 mil aralıda olsa da, çox dərin olmayan yerdə qrup üzvləri üç dəfə suya dalırlar. Günorta saat 3-də bütün dalğıcların geri qayıtdığını güman edən kater heyəti yola düşür. Bu zaman Loneqranlar hələ suyun altında idilər.

 

İki nəfərin çatışmamasından hətta sahilə yan aldıqda da xəbər tutulmur. Yalnız iki gün sonra, Loneqranların şəxsi əşyalarının katerdə qalması aşkar ediləndə və ər-arvadın qaldıqları hotelə qayıtmadıqları bilinəndə məsələ məlum olur.

 

Elə həmin gün axtarışlar başlayır. Havaya 17 təyyarə, 2 helikopter qaldırılır, bir neçə kater dənizi axtarır. Lakin dalğıclar tapılmır. Fevralın 5-də Port-Duqlas (Avstraliya) yaxınlığında Tom Loneqranın üzmə jileti tapılır. Sonrakı günlər bəzi başqa əşyalar tapılır. Tapılan əşyaların üzərində akula hücumunu təsdiqləyən əlamətlər olmadığından Loneqranların sağ ola biləcəkləri təxmin edildi. Amma ər və arvadın nə dirisi, nə ölüsü tapılmadı. Fevralın 14-də axtarışlar dayandırıldı.

 

Altı ay sonra Böyük Sədd rifindən 100 mil uzaqda balıqçılar qrifel dalğıc lövhəsi tapdılar. Adətən sualtı ünsiyyət üçün istifadə edilən lövhədə yazılırdı: “Bizə kömək edə biləcək hər kəsə: biz 1998-ci il yanvarın 25-də günorta saat 3-də Agin kort rifi yaxınlığında tərk edilmişik. Lütfən, bizə xilas olmaqda kömək edin”. Yazı yanvarın 26-da səhər 8-də yazılmışdı.

 

Loneqranlar əhvalatı əsasında 2003-cü ildə “Açıq dəniz” (Open Water) filmi çəkildi. Filmdə kişi akula hücumundan sonra qanaxmadan ölür. Tək qalan qadın isə üzmə jiletini çıxararaq suya batır. Bir müddət sonra balıqçılar ovladıqları akulanın qarnında dalğıcların fotoaparatını tapırlar.

 

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski planını açıqladı – Diqqətçəkən Türkiyə tələbi

redaktor

Sahil Babayev işdən çıxarıldı.

admin

Dani Alveş intihar etdi

admin