Dünyaİdman

Avroliqada yarımfinalçılar bəlli oldu

Avroliqada yarımfinalçılar onlar oldular

Bu gün UEFA Avropa Liqasında 1/4 finalın cavab oyunları keçirilib.

 

Bununla da bütün yarımfinalçıların adına aydınlıq gəlib.

 

“Latsio” ilk oyunda məğlub olduğu “Budo Qlimt”i qəbul edib və qələbə qazanıb. Ümumi hesab bərabərləşdiyi üçün penaltilər seriyası oynanılıb və “Budo Qlimt” daha dəqiq davranaraq mərhələ adlayıb. “Mançester Yunayted” 1 həftə əvvəl heç-heçə etdiyi “Lion”a əlavə vaxtda qalib gəlib. “Tottenhem” ilk görüşdə səfərdə bərabərə qaldığı “Ayntraxt”ı üstələyib. “Atletik” isə ötən həftə sülhə razılaşdığı “Reyncers” üzərində qələbə qazanıb.

 

Ümumi nəticələrə əsasən, “Mançester Yunayted”, “Budo Qlimt”, “Tottenhem” və “Atletik” yarımfinala yüksəlib. Bu mərhələdə “Budo Qlimt” “Tottenhem”lə, “Mançester Yunayted” isə “Atletik”lə üz-üzə gələcək.

 

Avropa Liqası, 1/4 final, ilk oyunlar

 

17 aprel

23:00. “Latsio” (İtaliya) – “Budo Qlimt” (Norveç) – 3:1, penaltilər seriyası – 2:3

Qollar: Katellanos, 21 (1:0), Noslin, 90+3 (2:0), Dia, 100 (3:0),  Helmersen, 109 (3:1)

Qırmızı vərəqə: Helmersen, 120 (“Budo Qlimt”)

İlk oyun – 0:2

 

23:00. “Mançester Yunayted” (İngiltərə) – “Lion” (Fransa) – 5:4

Qollar: Uqarte, 10 (1:0,) Dalot, 45+1 (2:0), Tolisso, 71 (2:1) Talyafiko, 78 (2:2), Şerki, 105 (2:3), Lakazet, 110-pen. (2:4), Fernandeş, 114-pen (3:4), Mayno, 120 (4:4), Maquayr, 120+1 (5:4)

Qırmızı vərəqə: Tolisso, 89 (“Lion”)

İlk oyun – 2:2

 

23:00. “Ayntraxt” (Almaniya) – “Tottenhem” (İngiltərə) – 0:1

Qol: Solanke, 43-pen.

İlk oyun – 1:1

 

“Atletik” (İspaniya) – “Reyncers” (Şotlandiya) – 2:0

Qollar: Sanset, 45+4-pen; Uilliams, 80

İlk oyun – 0:0

 

Yarımfinal cütlükləri:

“Budo Qlimt” (Norveç) – “Tottenhem” (İngiltərə)

“Mançester Yunayted” (İngiltərə) – “Atletik” (İspaniya)  (Qol.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ-də daha bir təyyarə qəzası: Şəhərdə yanğın başladı

redaktor

Kirayə evlərin ən bahalı olduğu Avropa şəhərləri

admin

Türkiyə hərbi kontingentinin Azərbaycanda xidmət müddəti daha bir il uzadıldı

redaktor