11 C
Bakı
24 Mart 2026 00:02
CəmiyyətGündəm

Ağıllı xalqlar pulu başla qazanırlar. Biz isə hələ də Allahın verdiyi neft və qazla qazanırıq.

Şimali Kaliforniyada San-Fransisko ilə San-Xose arasında yerləşən Silikon vadisi Amerikanın texnologiya sahəsindəki əsas beyin mərkəzi hesab olunur. Intel, Cisco, Google, HP, Maxtor, Softway Solutions, Apple, Microsoft, Oracle, Nvidia, AMD, Facebook, Twitter, Mozilla,Yahoo kimi nəhəng şirkətlərin mərkəzi ofisi bu vadidə yer alır…

 

Balaca Ermənistan Cənubi Qafqazın Silikon vadisi olmaq üçün ciddi iş görür. Ermənistan hökuməti yerli gəncləri texnoloji yeniliklərə yönləndirir. “BBC” bu barədə xəbər yayıb…

 

Bu məsələ dəfələrlə beynəlxalq mediada gündəmə gəlib. Mən də bu barədə dəfələrlə yazmışam. Texnoloji sahədə uğur qazanmaq böyük paralara çıxış əldə etmək deməkdir. Ermənistan buna can atır. Ağıllı iş görürlər…

 

Azərbaycan isə belə şeylərə elə bir maraq göstərmir. Halbuki bu sahə strateji xarakter daşıyır. Ağıllı xalqlar pulu başla qazanırlar. Biz isə hələ də Allahın verdiyi neft və qazı torpağın altından çıxarıb satmaqla başımızı girləyirik. Nə vaxta kimi bu, belə olacaq? Bəlli deyil.

 

Bir daha deyirəm: Mütərəqqi xalqlar təhsilə və texnoloji inkişafa kapital qoyur. Azərbaycanda isə texnoloji inkişaf kimsənin yadına düşmür. Təhsilimiz də it günündədir…

Heç şübhəsiz ki, yaxın gələcəkdə bu xətalar bizə fəlakətə sürükləyə bilər. Gələcəyi düşünməyənlər keçmişdə ilişib qalırlar…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Dəhşət – “Sabunçu” xəstəxanasında xəstəni 25 manata əməliyyət etdilər. Xəstənin qan donduran FOTOLARI

admin

Bu çaylar təhlükəlidir – Dietoloqdan SOS

redaktor

FHN əhaliyə xəbərdarlıq etdi

redaktor