CəmiyyətKriminal

Mirşahinin qardaşı həbs edilib.

“Real TV”nin rəhbəri Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayev həbs olunub.

 

O, dələduzluqda ittiham olunur.

 

Qohumlarının Meydan TV-yə bildirdiyinə görə, Mirəddin Ağayev martda atasının yas məclisinin gedişində (üç mərasimi günü) tutulub.

“Məhkəməsi gedirdi, amma azadlıqda idi”, – yaxınları bildirib.

 

Mirəddin Ağayev əvvəllər əlillik dərəcəsinə görə pensiya almış şəxslər üçün əlillik dərəcəsini bərpa etdirmək adı ilə dələduzluqluqda ittiham olunur:

“Pul aldığı adamlardan biri də öz qohumudur. Dediyinə görə, pulları xəstəliyinə görə müalicəsinə xərcləyib”.

 

1961-ci il təvəllüdlü Mirəddin Ağayev ixtisasca həkimdir. O, vaxtilə Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzində direktor işləyib, Yardımlı rayon xəstəxanasının baş həkimi olub. Bu, onun haqqında dələduzluqla bağlı ilk cinayət işi deyil. Əvvəllər də dəfələrlə dələduzluğa görə məhkum edilib. Həmin işlərdə Mirşahin Ağayevin də adı hallanıb:

“Mirəddin Ağayev Kürdəxanıda – Bakı İstintaq Təcridxanasının tibbi-sanitar hissəsində saxlanılır. Məhkəməsi bir neçə gün əvvəl başa çatıb, 2 il azadlıqdan məhrum edilib”, – yaxınları belə deyib. (MeydanTV)

 

Tacxeber.com

Oxşar xəbərlər

DİM sədri: İbtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər başa düşmür.

admin

“Biz niyə problemləri həll etmək üçün əməkdaşlıq edəcəyimiz qurumları qovuruq ki?” Araz Əliyev”

admin

Biri 200 min avroya uşaq istehsal edən fabrik: Bu mümkündürmü?

redaktor