21 C
Bakı
22 İyun 2025 07:17
Cəmiyyət

Məşhur plastik cərrahlara QADAĞA – Siyahıda yoxdular – ARAŞDIRMA

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

 

Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin Siyahısı” tərtib olunub.

 

Amma plastik sahədə kifayət qədər məşhur və pasienti bol olan bir çox həkimlərin adı siyahıda yer almayıb.

 

Milli.az həmin həkimləri araşdırıb:

Adları özlərindən, əl işlərindən çox tanınan həkimlərin adının çıxmaması insanları şübhəyə salıb. Bura Pərviz Aslanov, Səbinə İsmayılova, Elməddin Zaidov, Vüsal Qiyasov, Elşad Rzayev, Cavidan Novruzov, Ruslan Qurbanov, Mehman Vahabov, Əmiraslan Əmiraslanov kimi məşhur həkimlərin adı yoxdur.

Tacxeber.com

Oxşar xəbərlər

“Axmaq hərəkətlərinə dözə bilmədim” – Görüntüləri yayılan şəhid anası danışdı

redaktor

Azercell geriyə addım atdı, “Aylıq” = 28 GÜN prinsipindən imtina etdi – Osman Gündüz

redaktor

“Santuşa nə qədər pul verirsinizsə, bilmirəm, onun onda birini bir yetim azərbaycanlı məşqçiyə versəydiniz…”

redaktor