24 C
Bakı
22 İyun 2025 10:21
İqtisadiyyat

Günəbaxan yağı BAHALAŞIR — Qiymətlər son 16 ayın ZİRVƏSİNDƏ

2025-ci ilin mart ayında günəbaxan yağının Avropa bazarında 1 tonunun qiyməti əvvəlki ayla müqayisədə 0.7% artaraq 1220 ABŞ dollarından 1228 ABŞ dollarına yüksəlib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Aqrar Tədqiqatlar Mərkəzinin dərc etdiyi yeni konyunktur hesabatında bildirilib.

 

Hesabatda qeyd olunub ki, son bir il ərzində günəbaxan yağı bazarında qiymət dinamikası qeyri-müəyyən olub. 2024-cü ilin mart ayında 951 ABŞ dolları olan qiymət noyabrda pik həddə – 1267 dollaradəkyüksəlib. Bu artımdan sonra isə qiymətlər nisbətən stabilləşərək 1200-1230 ABŞ dollarıarasında dəyişib.

 

2022-2025-ci illər üzrə müqayisəli təhlillər göstərir ki, 2022-ci ildə günəbaxan yağının qiyməti 1651 ABŞ dollarıilə ən yüksək səviyyədə olub. 2023-cü ildə bu göstərici 1007 dollaradəkenib. 2024-cü ilin ikinci yarısından başlayaraq qiymətlərdə tədricən artım müşahidə olunub. 2025-ci ilin birinci rübündə isə qiymət 1218 dollarsəviyyəsində qərarlaşıb.

 

Bazar müşahidəçiləri bu qiymət artımını həm tədarük zəncirindəki qlobal dəyişikliklər, həm də regional istehsal və ixracat faktorları ilə əlaqələndirirlər. Bununla belə, tendensiyanın sabit və davamlı olub-olmayacağı növbəti ayların statistikası ilə aydınlaşacaq. (Bakıvaxtı.az)

Tacxeber.com

Oxşar xəbərlər

Trampın rüsum siyasəti dünya iqtisadiyyatına baha başa gəlir

redaktor

Ukraynadan gətirilən ətlər niyə ucuz satılır? – Video

redaktor

Bu tarixdən ətin qıyməti 25 manat olacaq – Əhalinin NƏZƏRİNƏ!

redaktor