
Motivasiya…
Bəzən insanlar “daha hazır deyiləm”, “indiki zaman deyil”, “bəlkə sabah” deyə özlərini dayandırırlar.
Amma həyat heç vaxt tam uyğun zaman yaratmır. O zamanın özünü yaratmaq isə sənin əlindədir.
Bir kitab oxumaq istəmisənsə – bir səhifə ilə başla.
Daha sağlam olmaq istəyirsənsə – bir stəkan su içməklə başla.
Xəyal qurmusansa – onu kağıza yazmaqla başla.
Qorxularına qalib gəlmək istəyirsənsə – onları qəbul etməklə başla.
Unutma: Uğur birdən-birə gəlmir. O, hər gün atılan balaca, amma davamlı addımların nəticəsidir.
Ən böyük çətinlik – başlamaqdır. Amma başladığın an həyat da dəyişməyə başlayır. Qorxuların azalır, inamın artır, özünü tanımağa başlayırsan.
Bugün bir addım at. Kiçik də olsa, irəlilə. Çünki sabahın uğuru – bu günün qərarından doğur.
Sənin dəyişimin – sənin bir addımınla başlayır.

