14 C
Bakı
27 Sentyabr 2025 13:23
Maraqlı

“Bir Addım” – Hər Şeyin Başlanğıcı

Motivasiya…

Bəzən insanlar “daha hazır deyiləm”, “indiki zaman deyil”, “bəlkə sabah” deyə özlərini dayandırırlar.

Amma həyat heç vaxt tam uyğun zaman yaratmır. O zamanın özünü yaratmaq isə sənin əlindədir.

Bir kitab oxumaq istəmisənsə – bir səhifə ilə başla.

Daha sağlam olmaq istəyirsənsə – bir stəkan su içməklə başla.

Xəyal qurmusansa – onu kağıza yazmaqla başla.

Qorxularına qalib gəlmək istəyirsənsə – onları qəbul etməklə başla.

Unutma: Uğur birdən-birə gəlmir. O, hər gün atılan balaca, amma davamlı addımların nəticəsidir.

Ən böyük çətinlik – başlamaqdır. Amma başladığın an həyat da dəyişməyə başlayır. Qorxuların azalır, inamın artır, özünü tanımağa başlayırsan.

Bugün bir addım at. Kiçik də olsa, irəlilə. Çünki sabahın uğuru – bu günün qərarından doğur.

Sənin dəyişimin – sənin bir addımınla başlayır.

(Samira Rzayeva)

Tacxeber.com

Oxşar xəbərlər

İlan ili kimlərə UĞUR GƏTİRƏCƏK?

redaktor

40 yaşdan yuxarı qadınları bu kişilər CƏLB EDİR

redaktor

“Məktəbdə oğru ponyatkalarından tutmuş, nizami yaltaqlıq mədəniyyətinə, qədər öyrədirlər”.

admin