32 C
Bakı
12 Avqust 2025 17:23
İdman

“Turan Tovuz”un baş məşqçisinə AĞIR CƏZA

AFFA İntizam Komitəsi “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyevi 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırıb.

 

Tacxeber.comxəbər verir ki, buna mütəxəssisin Premyer Liqanın XXX turunda, “Sabah”la oyunda ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etməsi səbəb olub.

 

Ona üç aylıq sınaq müddəti təyin edilib. Baş məşqçinin bu davranışına görə kluba 4000 manat cərimə kəsilib. Tovuz təmsilçisi dörd futbolçu sarı vərəqə aldığı üçün 700, azarkeşlərin meydana kənar əşyalar atmasına görə 800, fanatların hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirməsi ucbatından (bu hal 5-ci dəfə təkrarlanır) 1000 manat ödəməli olacaq.

 

Qarşılaşmada qırmızı vərəqə alan “Sabah”ın legioneri Pavol Safrankoya bir oyunluq cəza, paytaxt klubuna isə 500 manat cərimə tətbiq edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Qurban Qurbanov: “Azarkeşlərimizin narahatlığına ehtiyac yoxdur”

admin

AFFA-ya prezident seçkisinin vaxtı bu tarixdə müəyyənləşəcək – Rəsmi

admin

Əzələ böyüdən protein həbdlərin təhlükəsi – Həkim: ““Qarın doydu” ifadəsi çox ziyanlı məsələdir”

admin