21 C
Bakı
14 Avqust 2025 09:38
Hadisə

Su basmış yerlərdə uşaqlar belə təxliyə edildi – VİDEO

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən gündən başlayan intensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması əməliyyatı həyata keçirilir.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat yayıb.

 

Bildirilib ki, əməliyyat nəticəsində bu vaxtadək su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 3-ü uşaq olmaqla ümumilikdə 20 nəfər vətəndaş təxliyə olunub.

 

Hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən paytaxtın su basmış ərazilərindən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi işləri fasiləsiz olaraq davam etdirilir.

Oxşar xəbərlər

Qonşusunu öldürən Rəşad Dağlı gecə toyda olub – VİDEO

redaktor

Artıq Xəzər dənizinin Azərbaycan bölməsində də suiti cəsədləri aşkar olundu – RƏSMİ

admin

Meydançaya ildırım düşdü, futbolçu öldü

redaktor