21 C
Bakı
12 Avqust 2025 07:33
Hadisə

Sel nəticəsində ölən vəzifəli şəxs imiş

Ağsuda selin ekskavatoru aparması nəticəsində ölən şəxs sahə rəisi olub.

 

Bu barədə Publika.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

 

Qeyd olunub ki, rayonun Kalva kəndində baş verən hadisədə daha üç nəfər – 1982-ci il təvəllüdlü Qazax rayon sakini Bəxtiyar Abdullayev, Gədəbəy rayon sakini Bəxtiyar Qasımov (1988) və Cəbrayıl rayon sakini Elnur Salahov (1992) xəsarət alıb.

 

Agentlikdən verilən məlumata görə, ölən və yaralananlar Muğanlı- İsmayıllı-Qəbələ yolu layihəsində iştirak edən podratçı şirkətin işçiləri olub.

 

Yerli sakinlərin məlumatına görə, kəskin hava şəraitində, küləkdən qorunmaq üçün işçilər ekskavatora sığınıblar. Bundan sonra gələn sel ekskavatoru aparıb.

Tacxeber.com

Oxşar xəbərlər

Ölkənin baş notariusu işdən çıxarıldı – FOTO

admin

Qorxunun sərhədi: Türkiyə müxalifəti niyə Prezident Sarayının qarşısına getmir?

admin

AZAL-ın təyyarəsinin dəhşətli qəzası: 12 nəfər sağ qalıb – Video

redaktor