28 C
Bakı
12 Avqust 2025 18:53
CəmiyyətHadisə

Qorunmaq üçün ekskavatorun içinə girdilər, sel apardı.

Ağsuda sel ekskavatoru aşırıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Hadisə bu gün rayonun Kalva kəndi ərazisində qeydə alınıb.

 

Tacxeber.com Azərtac-a istinadla xəbər verir ki, ilkin məlumatlara görə, ərazidə yol-təmir işləri ilə məşğul olan işçilər yağışın başlamasını müşahidə edərək təhlükəsizlik məqsədilə ekskavatorun içərisinə yerləşiblər. Lakin bir qədər sonra çaya sel gəlib və güclü axının təsirindən ekskavator aşıb.

Hadisə nəticəsində ekskavatorun içində olan 4 nəfərdən biri hadisə yerindəcə həyatını itirib. Digər 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, çətin vəziyyətdə texnikanın içində köməksiz qalıb.

 

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar. Yaralılar ekskavatorun içindən çıxarılaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına təxliyə ediliblər.

Hazırda hadisənin hansı şəraitdə və necə baş verdiyi araşdırılır. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Bunu etsəniz, CƏRİMƏLƏNƏCƏKSİNİZ -Polisdən XƏBƏRDARLIQ

redaktor

İsti şorba içənləri gözləyən təhlükə – Xərçəng riski var

redaktor

Nərminin qətli ilə bağlı yenilik: Vəsatətlər qəbul olundu

redaktor